DTX Soso Qoqaşvilinin həbs qoyulmuş əmlak və əşyalarının siyahısını yayır
Dövlət Təhlükəsizlik Xidməti Soso Qoqaşvilinin həbs qoyulmuş əmlak və əşyalarının siyahısını yayır.
“Qanunsuz gəlirin leqallaşdırılması faktı ilə əlaqədar Anti-korrupsiya Agentliyinin icraatında olan cinayət işi üzrə hakimin qərarı əsasında İoseb Qoqaşviliyə, onun ailə üzvlərinə və yaxın ətrafına məxsus daşınmaz və daşınar əmlaklara- Tbilisi şəhərində, Kaxeti bölgəsində, Xoni Munisipalitetində, Martğopi və Daba Bakurianidə yerləşən ümumi sahəsi 4,439,260 kvadratmetr olan 34 torpaq sahəsi, dörd yaşayış evi və Siğnağidə yerləşən mehmanxanaya həbs qoyulub.
Həmçinin, 13 avtomobil, üç kənd təsərrüfatı texnikası, üç ədəd motosiklet texnikası və 15 odlu silah olmaqla yuxarıda adıçəkilən şəxslərin daşınar əmlakına da həbs qoyulub.
Bəhsi keçən daşınmaz və daşınar əmlakların real bazar qiymətlərinin müəyyən edilməsi üçün əmtəə ekspertizası təyin edilib” – deyə DTX-nin yaydığı məlumatda qeyd olunub.