DTX - Son zamanlar cinayət əlamətləri, qəsdən və ya bilmədən hökuməti devirməyə birbaşa çağırışlardan ibarət bəyanatlar səslənir, belə çağırış cinayət əməlidir
“Son zamanlar cinayət əlamətləri, qəsdən və ya bilmədən hökuməti devirməyə birbaşa çağırışlardan ibarət bəyanatlar səslənir, belə çağırış cinayət əməlidir”, – deyə Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.
DTX-nin məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti öz səlahiyyətləri çərçivəsində qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi tədbirləri həyata keçirəcək.
“İctimaiyyətə məlumdur ki, Dövlət Təhlükəsizliyi Xidməti Gürcüstan Cinayət Məcəlləsinin 315-ci maddəsinin birinci hissəsi ilə dövlət hakimiyyətini devirmək üçün sui-qəsdlə bağlı araşdırma aparır.
Son zamanlar müxtəlif sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində cinayət əlamətləri olan açıq bəyanatlar yayılır, vətəndaşlar bilərəkdən və ya bilməyərəkdən öz yoldaşlarını, o cümlədən zorakılıq yolu ilə inqilaba və hakimiyyəti devirməyə çağırırlar.
Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış və/və ya bu cür çağırışları ehtiva edən materialların yayılması, habelə eyni məqsədlə silahlanmaya çağırış Cinayət Məcəlləsinin 317-ci maddəsinə əsasən cinayət əməlidir. Gürcüstan Cinayət Məcəlləsi vilə bu üç ilə qədər həbs cəzasını nəzərdə tutur
Dövlət Təhlükəsizliyi Xidməti öz səlahiyyətləri daxilində Gürcüstanın konstitusiya quruluşunu qorumaq və dövlət hakimiyyətinin konstitusiyaya zidd, zorakılıqla dəyişdirilməsinin qarşısını almaq üçün qanunla nəzərdə tutulmuş bütün hüquqi tədbirləri görəcək.
Bir daha destruktiv qüvvələri cinayət əməllərindən çəkinməyə və qanun çərçivəsində qalmağa çağırırıq”, – deyə bəyanatda vurğulanıb.