DTX- Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli Munisipalitetinin Knolevi kəndi ərazisində, işğal olunmuş ərazidə iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli Munisipalitetinin Knolevi kəndi ərazisində, işğal olunmuş ərazidə iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.
DTX-dən verilmiş məlumatda, sözügedən hadisə ilə bağlı məlumat daxil olan andan Dövlət Təhlükəsizliyi Xidmətinin Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə saldığı deyilir. Növbəti qanunsuz saxlanılma faktı barədə məlumat dərhal Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.
“Qeyri-qanuni saxlanılan Gürcüstan vətəndaşlarının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə işğalçı qüvvə məsuliyyət daşıyır” – DTX-dən açıqlayıblar.