DTX - Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Zemo Artsevi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
DTX - Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Zemo Artsevi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

 
Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Zemo Artsevi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar-bu barədə Dövlət Təhlükəsizlik Xidmətiməlumat yayır.

Onların verdiyi məlumata görə, Dövlət Təhlükəsizlik Xidməti qanunsuz saxlanma barədə məlumat alan kimi Avropa İttifaqının Monitorinq Missiyası vasitəsilə fəaliyyət göstərən “qaynar xətt”-i işə salıb.

“Baş vermiş hadisə ilə bağlı dərhal beynəlxalq tərəfdaşlara və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə məlumat çatdırılıb.

Bu yerdə qeyd etmək istərdik ki, qanunsuz saxlanılan şəxsin hərbi xidmətdə olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Gürcüstanın mərkəzi hökuməti tərəfindən qeyri-qanuni saxlanılan şəxslərin tezliklə azad edilməsi üçün mövcud bütün mexanizmlər işə salınıb.

Qeyri-qanuni həbslərin zərərli təcrübəsi sərbəst hərəkətə dair fundamental hüququ məhdudlaşdırır, bölgədəki mövcud təhlükəsizlik mühitini əhəmiyyətli dərəcədə pisləşdirir və regiondakı vəziyyətə təhlükə yaradır”-deyə DTX-də bildirirlər.