DTX- Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Axmaci kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
DTX- Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Axmaci kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

 
Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Axmaci kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar-bu haqda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayır.

“Dövlət Təhlükəsizliyi Xidməti qeyd olunan hadisə ilə bağlı məlumat alan kimi Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb. Daha bir qanunsuz saxlanılma faktı barədə məlumat dərhal Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.

Qeyri-qanuni saxlanılmış Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün destruktiv əməllərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür” – DTX-nin məlumatında qeyd olunur.