DTX - Rusiya işğalçı qüvvələrinin nümayəndələri qanunsuz qondarma sərhədləşdirmə prosesi çərçivəsində işğal olunmuş ərazilərdə, Xurvaleti kəndi yaxınlığında qeyri-qanuni instalasiya ucaltdılar
DTX - Rusiya işğalçı qüvvələrinin nümayəndələri qanunsuz qondarma sərhədləşdirmə prosesi çərçivəsində işğal olunmuş ərazilərdə, Xurvaleti kəndi yaxınlığında qeyri-qanuni instalasiya ucaltdılar

İyunun 18-19-da Qori munisipalitetinin Xurvaleti kəndinin işğal olunmuş ərazisində Rusiya işğalçı qüvvələrinin nümayəndələri qanunsuz qondarma sərhədləşdirmə prosesi çərçivəsində qeyri-qanuni instalasiya ucaltdılar, – bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

DTX-nin məlumatına görə, qeyd olunan faktla bağlı dərhal qaynar xətt aktivləşdirildi, Avropa İttifaqının müşahidəsşilər missiyası və Cenevrə danışıqlarının həmsədrləri məlumatlandırıldı.

“Məsələ Erqneti insidentlərin prevensiyası və onlara münasibət mexanizmləri görüşü və eləcə də Cenevrə danışıqları çərçivəsində kəskin şəkildə irəıi sürüldü.

Qanunsuz  qanunsuz qondarma sərhədləşdirmə və onun daxilindəki qeyri-qanuni insatalasiyalar sərbəst gediş-gəlişi mane olur, yerli əhalinin gündəlik həyatını çətinləşdirir və yerlərdə təhlükəsizlik mühitinə ziyan vurur.

Cari prosesə görə tam məsuliyyəti işğalçı qüvvə daşıyır”, – DTX-nin məlumatında deyilir.