DTX- Rusiya işğalçı qüvvələrinin nümayəndələri Duşeti munisipalitetinin Qremisxevi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
Rusiya işğalçı qüvvələrinin nümayəndələri Duşeti munisipalitetinin Qremisxevi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar-bu barədə Gürcüstan Təhlükəsizlik Xidməti bəyanat yayır.
Onların verdiyi məlumata görə, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən “qaynar xətt” aktivləşdirilib.
“Dərhal Cenevrə danışıqlarının həmsədrlərinə məlumat verilib. Gürcüstan mərkəzi hökuməti qanunsuz saxlanılmış vətəndaşları azad etmək üçün əlində olan bütün mexanizmlərdən istifadə edir.
İşğal olunmuş regionlarda və işğal xətti boyunca həyata keçirilən destruktiv hərəkətlərə görə Rusiya Federasiyasının işğalçı qüvvələri tam məsuliyyət daşıyır. Qeyri-qanuni saxlanılmaların zərərli praktikası bölgədəki təhlükəsizlik mühitini əhəmiyyətli dərəcədə pisləşdirir və regionun sabitliyini təhdid edir” – deyə DTX-nin bəyanatında deyilir.