DTX- Rusiya işğalçı qüvvələri tərəfindən işğal altındakı Axmaci yaxınlığında qanunsuz olaraq saxlanılan İvane İluridze azaddır
Rusiya işğalçı qüvvələri tərəfindən işğal altındakı Axmaci yaxınlığında qanunsuz olaraq saxlanılan İvane İluridze azaddır və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir. Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayır.
Qurumdan verilmiş məlumata əsasən, İluridzenin qanunsuz həbsdən dərhal azad edilməsi məqsədilə həm “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hakimiyyətin sərəncamında olan bütün digər vasitələrdən aktiv olaraq istifadə edilib.
“Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca törədilən bütün destruktiv əməllərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür.
Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün aktiv şəkildə işləməyə davam edir” – DTX-nin məlumatında qeyd olunur.