DTX Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Laşa Xeterelinin sərbəst buraxılması haqqında məlumat verir
Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Laşa Xetereli sərbəst buraxılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayır.
İdarənin yaydığı məlumatda Xeterelinin qanunsuz saxlanılması ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin daimi ünsiyyəti qaynar xətt vasitəsilə saxladığı deyilir.
“Aİ-nin Gürcüstandakı Monitorinq Missiyası (EUMM) və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri qeyd olunan prosesdə birbaşa iştirak ediblər.
Mərkəzi hakimiyyət tərəfindən Laşa Xeterelinin qanunsuz saxlanılması və onun dərhal azadlığa buraxılması məsələsi İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizmi (IPRM) və Cenevrə Beynəlxalq Müzakirələri formatlarında keçirilən görüşlərdə mütəmadi olaraq qaldırılıb.
Dövlət Təhlükəsizliyi Xidməti işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün şəxslərin azad edilməsi istiqamətində fəaliyyətini aktiv şəkildə davam etdirir”-deyə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd olunur.