DTX - Rusiya işğalçı qüvvələri Qori bələdiyyəsinin Adzvi kəndi yaxınlığında 4 Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb
DTX - Rusiya işğalçı qüvvələri Qori bələdiyyəsinin Adzvi kəndi yaxınlığında 4 Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb

Rusiya işğalçı qüvvələri Qori bələdiyyəsinin Adzvi kəndi yaxınlığında dörd Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb. DTX-dən verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası vasitəsilə fəaliyyət göstərən “qaynar xətt”i aktivləşdirib.

DTX məlumatın dərhal Cenevrə müzakirələrinin həmsədrlərinə çatdırıldığını bildirib.

“Gürcüstanın mərkəzi hökuməti qanunsuz saxlanılmış Gürcüstan vətəndaşlarını azad etmək üçün əlində olan bütün mexanizmlərdən istifadə edir.

İşğal olunmuş rayonlarda və işğal xətti boyunca həyata keçirilən dağıdıcı hərəkətlərə görə tam məsuliyyəti Rusiya işğalçı qüvvələri daşıyır. Qeyri-qanuni həbslərin zərərli praktikası yerlərdə təhlükəsizlik mühitini əhəmiyyətli dərəcədə pisləşdirir və regionun sabitliyini təhdid edir”, – bəyanatda deyilir.