DTX- Rusiya işğalçı qüvvələri Karelinin Dvani kəndi yaxınlığında işğal olunmuş ərazidə Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli Munisipalitetinin Dvani kəndi yaxınlığında işğal olunmuş ərazidə Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.
Dövlət Təhlükəsizliyi Xidmətindən açıqlandığı üzrə qanunsuz saxlanma barədə məlumat daxil olduqdan dərhal sonra Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən fəaliyyət göstərən qaynar xətti aktivləşdirib.
“İnsidentlə bağlı beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri dərhal məlumatlandırılıblar.
Qeyri-qanuni saxlanılan Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür”-deyə DTX-nin məlumatında qeyd olunur.