DTX Qori Munisipalitetinin Mədəniyyətin və Turizmin İnkişafının Təşviqi Agentliyinin keçmiş və indiki direktorlarını məsuliyyətə cəlb edib
Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları aparılan istintaq nəticəsində, cari ilin oktyabrın 7-də vəzifə səhlənkarlığı faktı üzrə, Gürcüstan Cinayət Məcəlləsinin 342-ci maddəsi ilə nəzərdə tutulan ittihamla, Qori Munisipalitetinin Mədəniyyətin və Turizmin İnkişafının Təşviqi Agentliyinin keçmiş və indiki direktorları – Q. K, D. Ts. və Z. İ.-ni məsuliyyətə cəlb ediblər.
DTX-dən verilən məlumatda istintaq nəticəsində xidməti nizamnamə ilə müəyyən edilmiş şəxsi öhdəliklərə baxmayaraq, yüksək vəzifəli dövlət qulluqçularının öz vəzifələrini yerinə yetirmədikləri və təşkilatlar adından aparılan maliyyə köçürmələrinə qeyri-effektiv nəzarət etdiklərinin müəyyən edildiyi deyilir. Buğalter L.Ts. bundan yararlanıb və 2020-ci ilin yanvarın 21-dən 2022-ci ilin aprelin 7-si də daxil olmaqla dövlətə məxsus – 370 479 lari pulu xəzinə hesabından şəxsi bank hesablarına köçürüb və öz ehtiyacları üçün istifadə edib.
Məlum olduğu üzrə, törətdiyi cinayətə görə buğalter L. Ts. həbs edilib və ona yönəlik Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin “d” və üçüncü hissəsinin “b” yarımbəndlərində nəzərdə tutulan ittihamlarla Tbilisi Şəhər Məhkəməsində məsələnin mahiyyəti üzrə müzakirə aparılır.
Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi istintaq aparır.