DTX-nın Terrorla Mübarizə Mərkəzi Gürcüstanın dövlət sərhədindən qeyri-qanuni yolla miqrant keçirmək faktı ilə bağlı iki xarici ölkə vətəndaşını həbs edib
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən antiterror fəaliyyəti zamanı miqrantın qanunsuz şəkildə Gürcüstanın dövlət sərhədinə keçməsi və onun Gürcüstanda qalması üçün müvafiq şərait yaradılması faktı ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində iki xarici ölkə vətəndaşı həbs edilib. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
Onların verdiyi məlumata görə, antiterror mərkəzi Tbilisi şəhərində eyni vaxtda iki yerdə xüsusi əməliyyat keçirib.
“Aparılmış istintaq fəaliyyətləri nəticəsində müxtəlif növ elektron məlumat cihazları, hərbi texnika, üz maskaları, elektrik şoku, xarici dövlətlərə məxsus saxta şəxsi sənədlər, partlayıcı maddələr, əldəqayırma partlayıcı qurğular və üzərində terror təşkilatı ”İslam Dövləti” simvolu olan bayraq ələ keçirilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən Cinayət Məcəlləsinin 344 və 236-cı maddələri ilə araşdırma aparılır. Terrorla Mübarizə Mərkəzi həm həbs edilmiş şəxslərin “İslam dövləti” terror təşkilatının fəaliyyətində iştirakının mahiyyətinin aşkara çıxarılması, həm də cinayətdə əli olan digər şəxslərin ifşası istiqamətində əməliyyat-istintaq tədbirlərini fəal şəkildə davam etdirir”, – deyə DTX-nın məlumatında qeyd olunub.
Müəllif -
Mehemmed Bayramaliyev