DTX-nin məlumatına görə, Rusiya işğalçı qüvvələri işğal olunmuş Tsinaqara kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb

Dövlət Təhlükəsizliyi Xidməti xəbər verir ki, Rusiya işğalçı qüvvələri işğal olunmuş Tsinaqara kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb.

Dövlət Təhlükəsizliyi Xidməti “qaynar xətt”i işə salıb, bu barədə Aİ-nın Monitorinq Missiyası və Cenevrə danışıqlarının həmsədrlərinə məlumat verib.

Gürcüstanın mərkəzi hökuməti qeyri-qanuni həbs edilən şəxslərin tezliklə azad edilməsi üçün əlində olan bütün mexanizmlərdən istifadə edir.

İşğal olunmuş ərazilərdə və işğal xətti boyunca fundamental insan hüquqlarının pozulmasına görə tam məsuliyyəti Rusiya işğalçı qüvvələri daşıyır. Onların həyata keçirdikləri müxtəlif qanunsuz hərəkətlər yerlərdə təhlükəsizlik mühitinə xələl gətirir və əhalinin gündəlik həyatını çətinləşdirir”, – deyə məlumatda bildirilir.