DTX-nin məlumatına görə, işğalçı qüvvələrin nümayəndələri işğal altındakı Lopani kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını saxlayıblar
DTX-nin məlumatına görə, işğalçı qüvvələrin nümayəndələri işğal altındakı Lopani kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını saxlayıblar

 

İşğalçı qüvvələrin nümayəndələri işğal altındakı Lopani kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

Bu barədə məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayır.

Onların verdiyi məlumata görə, qanunsuz saxlanılmadan dərhal sonra “qaynar xətt” vasitəsilə daimi kommunikasiya aparılır, Aİ-nın Müşahidəçi Missiyası və Cenevrə Diskussiyalarının həmsədrləri məlumatlandırılıb.

“Dövlət Təhlükəsizlik Xidməti beynəlxalq tərəfdaşlar ilə birlikdə Gürcüstan vətəndaşlarının ən qısa vaxtda azad edilməsi üçün aparılan tədbirlərdə fəal iştirak edir.

Qanunsuz saxlanılmalar işğal xətti və işğal olunmuş ərazilərdə təhlükəsizlik mühitini xeyli çətinləşdirir və yerli əhalinin gündəlik həyatını təhlükə altına alır. Rusiya Federasiyası qanunsuz saxlanılmalara görə tam məsuliyyət daşıyır”- deyə məlumatda bildirilir.