DTX-nin məlumatına görə, dələduzluq faktı üzrə Tsalencixa munisipalitetinin sakrebulo üzvü saxlanılıb
Dövlət Təhlükəsizlik Xidmətinin Anti-korrupsiya Agentliyinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq və istintaq hərəkətləri nəticəsində, məhkəmənin qərarı əsasında, qrup tərəfindən ilkin razılaşma nəticəsində külli miqdarda dələduzluq faktına dair Tsalencixa munisipalitetinin sakrebulo üzvünü saxlayıblar- bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayır.
“Aparılan istintaq nəticəsində, 2020-ci ilin birinci yarısında sakrebulo üzvünün Tsalencixa Munisipalitetinin merinin Etseri kəndinin inzibati vahidindəki nümayəndəsi ilə əlaqə quraraq, ona yaxın olan şəxslərə və qohumlarına saxta mülkiyyət sənədi hazırlamağı xahiş etdiyi müəyyən edilib. Guya onlara həyət-baca təsərrüfatı qurmaq üçün dırnaq arası Letsimintie məhəlləsindəki ferma və ona bitişik ərazi verilib.
Onun xahişinə uyğun olaraq, Tsalencixa Munisipalitetinin merinin nümayəndəsi , sakrebulo üzvü tərəfindən barəsində göstəriş verilmiş şəxslərin adına torpaq kimliyini təyin edən saxta arayışlar tərtib edib, bunun əsasında da adıçəkilən şəxslər ictimai reestr vasitəsilə 406 250 lari dəyərində sahəsi 100 083 kv.m olan torpaq sahəsini dələduzluq yoluyla mülkiyyətinə keçiriblər. İstintaq çərçivəsində yuxarıda bəhsi keçən şəxslərin hamısına qarşı ittiham irəli sürüləcək.
İstintaq qrup tərəfindən əvvəlcədən razılaşdırılaraq külli miqdarda dələduzluq və vəzifəli şəxslər tərəfindən saxtakarlığa yol verilməsi faktları ilə aparılır. İstintaqı Dövlət Təhlükəsizlik Xidmətinin Anti-korrupsiya Agentliyi aparır” – deyə DTX-nin açıqlamasında deyilir.