DTX-nin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları Soso Qoqaşvilinin yaşayış evindədirlər
DTX-nin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları Soso Qoqaşvilinin yaşayış evindədirlər

İstintaq orqanının nümayəndələri DTX-nin keçmiş müavini, Soso Qoqaşvilinin evindədilər. DTX-nin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları Məhkəmənin hökmü əsasında daşınan əmlakın müsadirəsi və götürülməsi prosesini həyata keçirilir. Söhbət ailə üzvlərinə məxsus üç avtomobildən gedir.

Sentyabrın 20-də çıxarılan qərara əsasən, Qoqaşvilinin daşınmaz əmlakına, o cümlədən evinə də qadağa qoyulub.

Ailənin vəkilinin sözlərinə görə, qadağa edilən daşınmaz əmlakın istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı məhkəmə qərarında heç bir göstəriş yoxdur və bu səbəbdən də proses qanunsuz aparılır.

Vəkil Ramaz Çindzaladzenin açıqlamasına görə, qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktı üzrə aparılan istintaq çərçivəsində əmlakın müsadirəsi və götürülməsi proseduru həyata keçirilir. DTX-nin əməkdaşlarının açıqlamasına görə isə, onlar tərəfindən həyata keçirilən tədbirlər hüquqi standartla tam olaraq müvafiqdir.