DTX-nin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi Batumi Meriyasının munisipal müfəttişliyinin əməkdaşını yaxaladı
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Batumi Meriyasının munisipal müfəttişliyinin əməkdaşı Q.X.-nı yaxaladılar.
DTX-nin məlumatına görə, istintaqla müəyyən olundu ki, Q.X. Batumidə qida obyektinin fəaliyyəti üçün zəruri olan infrastrukturun icazəsiz təşkili və açıq dam örtüyünün tikintisi zamanı xidməti himayənin təmin edilməsi müqabilində vətəndaşdan rüşvət şəklində 2400 lari aldı. Bu vaxtı onun yaxalanması baş verdi.
“İstintaqı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi ilə aparır. Maddə altıdan doqquz ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DTX-nin məlumatında deyilir.