DTX-nin əməkdaşları Ozurqeti merinin Meria kəndi üzrə nümayəndəsini rüşvət alma faktı ilə əlaqədar saxlayıblar
DTX-nin əməkdaşları Ozurqeti merinin Meria kəndi üzrə nümayəndəsini rüşvət alma faktı ilə əlaqədar saxlayıblar

 

Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində rüşvət alma faktı ilə əlaqədar Ozurqeti merinin Meria kəndi üzrə nümayəndəsini Q. K.-ni saxlayıblar.

“İstintaqla müəyyən edib ki, 10 kubmetr taxta materialının saxta mənşə sertifikatı verməsi müqabilində Q. K vətəndaşdan rüşvət olaraq 500 lari alıb. Rüşvət alma faktı ilə bağlı istintaq davam edir, cinayət Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsində nəzərdə tutulub və 6 ildən 9 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” – deyə DTX-dən bildiriblər.

İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır.