DTX-nin əks-kəşfiyyat departamenti saxta sənədlər hazırlamaq-sırımaq faktına görə üç nəfəri yaxaladı
Dövlət Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat departamenti saxta sənədlər hazırlamaq-sırımaq faktına görə üç nəfəri yaxaladı. Əks-kəşfiyyat departamenti faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsinin 2-ci hissəsinin”b” bəndi ilə cinayət işi açdı.
Qeyd olunan faktla bağlı həyata keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində, Gürcüstanın müxtəlif bölgələrində cinayətkar qruplaşmanın üzvlərinin şəxsi, eləcə də yaşadıqları və kirayə götürdükləri mənzillərə baxış keçirilib, nəticədə müxtəlif ölkələrin yüksək keyfiyyətli saxta sənədləri çıxarılıb. O cümlədən sürücü və şəxsiyyət vəsiqələri, diplomlar və digər növ sənədli dəlillər.
Paralel olaraq, cinayət işində iştirak edən digər şəxslərin mümkün cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə onlara qarşı əlavə dəlillər toplanır.
Cinayət 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
Məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti yayır.