DTX-nin Anti-korrupsiyaya Agentliyinin əməkdaşları Xelvaçauri meriyasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış və Qeydiyyat üzrə Xidmətinin rəisini cinayət məsuliyyətinə cəlb ediblər
DTX-nin Anti-korrupsiyaya Agentliyinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində, ilkin razılaşma əsasında qrup şəklində rüşvət alınması faktı ilə əlaqədar Xelvaçauri meriyasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış və Qeydiyyat üzrə Xidmətinin rəisini cinayət məsuliyyətinə cəlb ediblər.
DTX -dən verilən məlumatda, istintaq nəticəsində Ozurqeti meriyasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış və Qeydiyyat üzrə Xidmətinin rəisi İ.L. -nin onunla əlaqə saxlayaraq vətəndaşın məcburi hərbi xidmət müddətinin qeyri-rəsmi olaraq təxirə salınmasını ondan xahiş etməsinin müəyyən edildiyi deyilir.
“Bəhsi keçən şəxslər əvvəlcədən razılaşıblar və vasitəçi B. Q.-nin köməyi ilə vətəndaşdan rüşvət olaraq 1500 lari alıblar. Rüşvət olaraq alınmış 1500 laridən İ.L tərəfindən elə həmin gün 500 lari T.K-yə , 200 lari B.Q-yə verilib və 800 larini isə o özündə saxlayıb.
T.K. barəsində 2022-ci ilin avqustun 11-də həbs qətimkan tədbiri seçilib.
İstintaq DTX-nin Anti-korrupsiyaya Agentliyi tərəfindən Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin “q” yarımbəndi, 25-338-ci maddələr ilə aparılır ki, bu da cəza olaraq 7-dən 11 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”-deyə DTX-dən bildirilir.