DTX- Mecvrisxevi yaxınlığında işğal olunmuş ərazilərdə qanunsuz hərəkətlər müşahidə olunur
Dövlət Təhlükəsizliyi Xidmətində Mecvrisxevi kəndi yaxınlığında qeyri-qanuni borderləşdirmə faktını təsdiqləməsə də, kəndin yaxınlığında işğal olunmuş ərazilərdə bəzi qeyri-qanuni destruktiv hərəkətlərin müşahidə olunduğunu bəyan edirlər.
Elə onların məlumatına görə, faktla bağlı “qaynar xətt” işə salınıb, bu barədə Avropa İttifaqının Müşahidəçilər Missiyası məlumatlandırılıb.
İdarədə açıqlayırlar ki, qeyd olunan həmçinin bütün müvafiq format görüşlərində müzakirə olunacaq.
Az öncə yerlilər bəyan etdilər ki, işğal xəttində, Mecvrisxevi kəndi yaxınlığında yeni işarələr quraşdırılıb.
“Köhnə üzdəniraq sərhəd qəbirsanlıqdan bir lkilometrdə keçirdi. İndi ağ lentləri qəbirsanlığa yaxın çəkdilər. Kirbalidən Mecvrisxeviyə qədər ağac və komalar üzərində edilib. Nəsə xəritələri var və bu xəritələrə əsasən, ola bilsin mənim və qonşumun evi işğal olunmuş tərəfə düşsün. Eləcə də qəbirsanlığın bir hissəsi”, – Mecvrisxevi kənd sakini, Nodar Zanquraşvili bəyan etdi.