DTX külli miqdarda rüşvət alma faktı üzrə Tsalencixa Munisipalitetinin Meriyasının iki əməkdaşını saxlayıb
Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində qrup tərəfindən qabaqcadan əlbir olaraq külli miqdarda rüşvət alma faktı üzrə Tsalencixa Munisipalitetinin Meriyasının iki əməkdaşını -T. M. və B. Dz. -ni saxlayıblar.
İstintaqla müəyyən edilib ki, onlar Tsalencixa Munisipalitetinin Daba Cvari ərazisində yerləşən 1550 kv/m torpaq sahəsini hərraca çıxarmaq müqabilində vətəndaşdan 20 000 lari rüşvət tələb edərək alıblar.
DTX-dan verilmiş məlumat üzrə, Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin 7 ildən 11 ilədək müddətə həbs cəzasını nəzərdə tutan “b” və “q” yarımbəndləri ilə istintaq aparır.