DTX- Kirbala kəndi yaxınlığında, işğal altındakı ərazidə yerli sakinin qanunsuz saxlanılmasına cəhd edilən zaman işğalçı qüvvələr tərəfindən açılan atəş nəticəsində Gürcüstan vətəndaşı dünyasını dəyişib
Kirbala kəndi yaxınlığında, işğal altındakı ərazidə yerli sakinin qanunsuz saxlanılmasına cəhd edilən zaman Rusiya işğalçı qüvvələri tərəfindən açılan atəş nəticəsində Gürcüstan vətəndaşı dünyasını dəyişib-bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.
“2023-cü ilin noyabrın 6-da Qori Munisipalitetinin Kirbala kəndi yaxınlığında, işğal altındakı ərazidə yerli sakinin qanunsuz saxlanılmasına cəhd edilən zaman Rusiya işğalçı qüvvələri tərəfindən açılan atəş nəticəsində Gürcüstan vətəndaşı dünyasını dəyişib və bir vətəndaş qanunsuz olaraq saxlanılıb.
Gürcüstanın mərkəzi hakimiyyətinin malik olduğu bütün vasitələrdən istifadə etməklə aktiv ünsiyyət qurulur”- Dövlət Təhlükəsizliyi Xidmətində bildirilib.