DTX "İslam Dövləti" terror təşkilatının üzvü Tsiskara Toxosaşvilini saxlayıb
Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi antiterror fəaliyyəti prosesində əldə olunmuş sübutlar əsasında Gürcüstan vətəndaşı Tsiskara Toxosaşvilini Tbilisi Beynəlxalq Hava Limanında saxlayıb. Məlumatı DTX yayır.
DTX-nin məlumatında Toxosaşvilinin 2015-ci ildə Gürcüstanı tərk edərək Yaxın Şərqə səfər etdiyi və bölgədə fəaliyyət göstərən “İslam Dövləti” terror təşkilatına qoşulduğu deyilir.
“Əmir İsa” kimi tanınan Toxosaşvili “İslam Dövləti”nin üzvləri arasında kifayət qədər nüfuzlu şəxs hesab olunub. O, Suriya və İraq ərazisində terror fəaliyyətlərində və davam edən döyüş əməliyyatlarında aktiv iştirak edib. O, müəyyən dövr ərzində terror təşkilatının münaqişə bölgəsindəki bölmələrindən birinə rəhbərlik edib. Onun “İslam Dövləti” terror təşkilatının müxtəlif nüfuzlu liderləri ilə yaxın münasibətləri olub. Qeyd etmək lazımdır ki, 2019-cu ildə birgə əməliyyat nəticəsində, terrorizm ittihamı ilə Tsiskara Toxosaşvilinin kiçik qardaşı Tsezar Toxosaşvili “İslam Dövləti”nin əmiri Əl-Bara Şişan saxlanılıb. O, cəzasını Gürcüstanda çəkir. Terrorla Mübarizə Mərkəzində Tsiskara Toxosaşvili barəsində Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə, xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə faktı ilə istintaq aparılır. İttiham cəza olaraq on ildən on yeddi ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur”- deyə yayılmış məlumatda deyilir.