DTX- İşin təfərrüatları, Gürcüstan ərazisindən istifadənin terror aktlarının Gürcüstanın üzərinə atılması fikrini yaratmaq məqsədinə xidmət etdiyinə dair şübhəyə əsas verir
DTX- İşin təfərrüatları, Gürcüstan ərazisindən istifadənin terror aktlarının Gürcüstanın üzərinə atılması fikrini yaratmaq məqsədinə xidmət etdiyinə dair şübhəyə əsas verir

 
İşin təfərrüatları Gürcüstan ərazisindən istifadənin və Gürcüstan vətəndaşlarının kütləvi şəkildə cəlb edilməsinin terror aktlarının Gürcüstanın üzərinə atılması fikrini yaratmaq məqsədinə xidmət etdiyinə dair şübhəyə əsas verir -bu haqda Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə açıqlayıblar.

Beləliklə, DTX-nin açıqlamasına əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi bir neçə ədəd xüsusi partlayıcı qurğu və külli miqdarda partlayıcı maddəni götürüb.

Qurumun yaydığı məlumata əsasən, konkret avtonəqliyyat vasitəsində aparılan axtarış nəticəsində elektro avtomobil üçün nəzərdə tutulmuş iki ədəd akkumulyator götürülüb. Mövcud akkumulyatorlar konteyner kimi istifadə edilib.

“Sözügedən işin təfərrüatları və faktiki vəziyyət Gürcüstan ərazisindən istifadənin və Gürcüstan vətəndaşlarının bütün bu prosesə geniş şəkildə cəlb edilməsinin Gürcüstanda və ya onun hüdudlarından kənarda həyata keçiriləcək terror aktlarının həm planlaşdırılma, həm də həyata keçirilmə hissəsində Gürcüstanın üzərinə atılması fikrini yaratmaq məqsədinə xidmət etdiyinə dair şübhəyə əsas verir”-DTX-da keçirilən brifinqdə açıqlayıblar.

DTX-nin məlumatına hazırda, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin üçüncü hissəsi, yəni partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz şəkildə ələ keçirilməsi və saxlanması ilə bağlı istintaq aparır.