DTX- işğalçı qüvvələr tərəfindən qanunsuz olaraq saxlanılan ABŞ vətəndaşı sərbəst buraxılıb və mərkəzi hökumətin nəzarətində olan ərazidədir
DTX- işğalçı qüvvələr tərəfindən qanunsuz olaraq saxlanılan ABŞ vətəndaşı sərbəst buraxılıb və mərkəzi hökumətin nəzarətində olan ərazidədir

 

Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan ABŞ vətəndaşı Frank İanez azaddır və mərkəzi hökumətin nəzarətində olan ərazidədir. Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub.

İdarədən verilən məlumatda, onun dərhal sərbəst buraxılması tələbi ilə, Gürcüstanın mərkəzi hökumətinin həm “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hökumətin malik olduğu digər vasitələrdən aktiv istifadə etdiyi deyilir.

“Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara mütəmadi olaraq məlumat verilib.

Mərkəzi hökumət həm işğal olunmuş Sxinvali, həm də işğal olunmuş Abxaziya istiqamətində qeyri-qanuni həbs edilmiş şəxslərin sərbəst buraxılması üçün aktiv fəaliyyətini davam etdirir.

Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən destruktiv hərəkətlərə görə işğalçı qüvvə tam məsuliyyət daşıyır”-deyə DTX-nin məlumatında qeyd olunur.