DTX - işğal rejiminin nümayəndələri Gürcüstan vətəndaşının ölməsi faktını təsdiqləsələr də, adıçəkilən şəxsi qanunsuz həbs etmək cəhdini təsdiqləməyiblər
İşğal rejiminin nümayəndələri Gürcüstan vətəndaşının ölüm faktını təsdiqləsələr də, adıçəkilən şəxsi qanunsuz həbs etmək cəhdini təsdiqləməyiblər, – bu barədə Gürcüstanın Birinci Kanalına Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib.
Onların verdiyi məlumata görə, hazırda işğal altındakı Qalidə baş verən hadisə ilə bağlı əlavə məlumatların alınması prosesi gedir.
“Sözügedən hadisə ilə əlaqədar Avropa İttifaqının monitorinq missiyasının iştirakı ilə “qaynar xətt” işə salınıb.
Paylaşılan məlumata görə, işğal rejiminin nümayəndələri Gürcüstan vətəndaşının ölüm faktını təsdiqləsələr də, adıçəkilən şəxsin qanunsuz həbs edilməsi cəhdini təsdiqləməyiblər.
Proses işğal olunmuş ərazinin dərinliklərində, yəni işğal altında olan Qali şəhərində inkişaf etdiyinə görə, əlavə məlumatların əldə edilməsi prosesi hələ də davam edir”, – deyə DTX-dan bildirilib.
Məlumata görə, İşğal altında olan Abxaziyada Gürcüstan vətəndaşı yerli qondarma milis tərəfindən fiziki təzyiq nəticəsində həlak olub.
Müəllif -
Mehemmed Bayramaliyev