İşğal olunmuş ərazidə, Qori munisipalitetinin Berşueti kəndi yaxınlığında işğalçı qüvvələrin nümayəndələri Gürcüstan vətəndaşını qanunsuz olaraq yaxaladılar, – bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayır.
“Qeyd olunan faktla əlaqədar “qaynar xətt” fəaliyyətə başlayıb və Avropa İttifaqının monitorinq missiyası və Cenevrə müzakirələrinin həmsədrləri qanunsuz proseslə bağlı məlumatlandırıldılar.
Bütün mövcud berket işə salınıb və beynəlxalq partnyorlarımızla qanunsuz həbsdə olan şəxsləri azad olunması məqsədi ilə işlə aparılır.
İşğalçı qüvvələr tərəfindən həyata keçirilmiş qanunsuz həbslər yerində insanların sərbəst hərəkətinə mane olur, yerli əhalinin gündəlik həyatını çətinləşdirir və yerindəki təhlükəsizlik mühitinə ziyan vurur. Cari prosesə görə, tam məsuliyyəti işğalçı qüvvə daşıyır”, – DTX-nin məlumatında deyilir.