DTX işğal altındakı Axalqori və Cava munisipalitetlərinin əhalisi üçün qeyri-qanuni məhdudiyyətlərin qismən yüngülləşdirilməsi ilə bağlı rəsmi məlumat yayır
DTX işğal altındakı Axalqori və Cava munisipalitetlərinin əhalisi üçün qeyri-qanuni məhdudiyyətlərin qismən yüngülləşdirilməsi ilə bağlı rəsmi məlumat yayır

 
Gürcüstanda Avropa İttifaqının Monitorinq Missiyası (EUMM) tərəfindən fəaliyyət göstərən qaynar xəttə daxil olan məlumata əsasən, işğal altındakı Sxinvali istiqamətində işğal xəttində hərəkətə qoyulan qanunsuz məhdudiyyətlər qismən yüngülləşdiriləcək- deyə Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub.

İdarədən verilən məlumatda, işğal altındakı Axalqori və Cava munisipalitetlərinin əhalisinə hər ayın 20-dən ayın sonuncu günü də daxil olmaqla qondarma buraxılış-keçid məntəqələrindən istifadə etməklə işğal xəttini keçmək imkanı veriləcək.

“Qaynar xətt vasitəsilə paylaşılmış məlumata əsasən, işğal xəttində qeyd olunan hərəkət rejimi 2022-ci ilin dekabr ayının 31-dək qüvvədə olacaq.

Sərbəst hərəkətə qoyulan qeyri-qanuni məhdudiyyətlərin aradan qaldırılması İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizminin iclaslarının əsas mövzularından biri olub. Mərkəzi hökumət tərəfindən məsələ Cenevrədə keçirilən beynəlxalq müzakirələrin iclaslarında davamlı olaraq müzakirə edilirdi.

İşğal altındakı ərazilərdə və işğal xətti boyunca sərbəst hərəkətə qoyulan qeyri-qanuni məhdudiyyətlər yerli əhalinin həyatını xeyli çətinləşdirir və təhlükəsizlik mühitinə ziyan vurur, buna görə bütün məsuliyyət işğalçı qüvvənin üzərinə düşür” -deyə DTX-nin məlumatında qeyd olunur.