DTX İnsidentlərin Prevensiyası və Reaksiya Mexanizminin növbəti görüşü haqqında məlumat yayır
DTX İnsidentlərin Prevensiyası və Reaksiya Mexanizminin növbəti görüşü haqqında məlumat yayır

 

Qori Munisipalitetinin Erqneti kəndində İnsidentlərin Prevensiyası və Reaksiya Mexanizminin 108-ci iclası keçirilib. Dövlət Təhlükəsizlik Xidməti görüşlə bağlı məlumat yayır.

“Gürcüstanın mərkəzi hakimiyyətinin nümayəndələri qeyri-qanuni həbs edilmiş şəxslərin qeyd-şərtsiz və dərhal azad edilməsini xüsusi qətiliklə tələb ediblər. Sözügedən məsələ ətraflı şəkildə müzakirə olunub.

Xaşuri Munisipalitetinin Çorçana kəndi və işğal altındakı Tsnelisi kəndi ərazisində yaranmış vəziyyətlə bağlı müzakirələr aparılıb, məsələ ilə əlaqədar mərkəzi hakimiyyətin nümayəndələri bir daha qeyd ediblər ki, ərazidə məqsədi təhlükəsizlik mühitini təmin etmək olan standart polis postu yaradılıb və post hər zamanki kimi fəaliyyətini davam etdirəcək.

Dırnaq arası keçid məntəqələrində yerdəyişmə ilə bağlı mövcud təcrübə miqyasının artırılması ilə bağlı məsələlər haqqında müzakirə aparılıb. Həmçinin, işğal xətti boyunca yerləşən kəndlərə həm içməli, həm də suvarma suyunun verilməsi ilə bağlı məsələlər müzakirə olunub”- deyə DTX-dən bildiriblər.

İdarədən verilən məlumatda bildirilir ki, görüşdə ötən görüşdən indiyədək işğal olunmuş bölgədə və işğal xətti boyu müşahidə olunan bütün mühüm insidentlər və qanunsuz hərəkətlər, o cümlədən təhlükəsizlik mühitinə ciddi ziyan vuran, yerli əhalinin təhlükəsizliyini təhdid edən və işğal xətti boyunca sərbəst hərəkəti məhdudlaşdıran qeyri-qanuni borderizasiya prosesi də müzakirə edilib.

İnsidentlərin Prevensiyası və Reaksiya Mexanizminin növbəti görüşünün 2022-ci ilin noyabrın 10-da keçirilməsi planlaşdırılır.