DTX Gürcüstan Prezidentinin Administrasiyasının rəsmi saytına kiberhücumun qarşısını alıb
DTX Gürcüstan Prezidentinin Administrasiyasının rəsmi saytına kiberhücumun qarşısını alıb

 
Dövlət Təhlükəsizliyi Xidməti Gürcüstan Prezidentinin Administrasiyasının rəsmi saytına edilən və nəticədə www.president.ge saytında yerləşdirilən məlumatların bütövlüyü və həqiqiliyinin pozulduğu kiberhücumun qarşısını alıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Əməliyyat-Texniki Agentliyinin Kibertəhlükəsizlik Mərkəzi qısa müddətdə hücumu aşkar edib.

“Bir sıra təxirəsalınmaz cavab tədbirlərinin həyata keçirilməsi nəticəsində qeyd olunan kiberhücumun qarşısı alınıb və Prezident Administrasiyasının saytı normal fəaliyyət göstərir.

Sözügedən saytın digər boşluqlarının yoxlanılması, eləcə də günahkarların müəyyən edilməsi və növbəti hüquqi tədbirlərin görülməsi məqsədilə hadisə ilə bağlı əlavə istintaq tədbirləri davam etdirilir”- Dövlət Təhlükəsizliyi Xidmətindən açıqlanıb.