DTX- Dekabrın 30-da və yanvarın 17-də "Galleria Tbilisi"də terror hücumu ilə bağlı yalan bildirişlər xaricdən daxil olub, konkret şəxslər qrupu müəyyən edilib
DTX- Dekabrın 30-da və yanvarın 17-də "Galleria Tbilisi"də terror hücumu ilə bağlı yalan bildirişlər xaricdən daxil olub, konkret şəxslər qrupu müəyyən edilib

 
İctimaiyyətin nəzərinə çatdırmaq istəyirik ki, 2023-cü ilin dekabrın 30-da və cari ilin yanvarın 17-də “Galleria Tbilisi”də terror hücumu ilə bağlı yalan bildirişlər xaricdən daxil olub və bu, müxtəlif ölkələr, o cümlədən Gürcüstandan da azyaşlıların qoşulduğu beynəlxalq şəbəkə oyunlarla əlaqəlidir-bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir.

“Bəhsi keçən bildirişlərin təşəbbüskarları kimi xaricdəki konkret şəxslər qrupu müəyyən edilib. Faktla əlaqədar müvafiq xüsusi tədbirlər görülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən iş üzrə istintaq aparılır”- deyə DTX-dan bildiriblər.

Yanvarın 21-də Batuminin müxtəlif yerlərində mümkün partlayıcı qurğuların yerləşdirilməsi barədə daxil olmuş bildirişlərə gəlincə, DTX-dan açıqlandığı üzrə, daxil olan bildirişlərlə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin terrorla mübarizə bölmələri və Daxili İşlər Nazirliyi tərəfindən Batumi şəhərinin ticarət mərkəzlərində və təhsil müəssisələrində xüsusi tədbirlər həyata keçirilib, partlayıcı maddə və ya qurğu aşkar edilməyib.

“Bu mərhələdə əldə edilən operativ məlumatların təhlilinə əsasən, partlayıcı qurğuların yerləşdirilməsi barədə bildirişlər ölkə hüdudlarından kənardan göndərilib və məqsədyönlü şəkildə Gürcüstanın yetkinlik yaşına çatmamış vətəndaşının istifadə etdiyi mobil telefon nömrəsi göstərilib.

Terrorçuluq haqqında yalan məlumat vermək faktı üzrə cinayət işi ilə bağlı istintaq aparılır.

Cari əməliyyat-istintaq tədbirləri çərçivəsində, bildirişlərin təşəbbüskarının müəyyən edilməsi məqsədilə yardım üçün tərəfdaş ölkələrin qurumları məlumatlandırılıb”- DTX-dan qeyd edirlər.