DTX binası yaxınlığında saxlanıılan üç şəxslə  Qori Təcridxanasında  vəkil görüşdü
DTX binası yaxınlığında saxlanıılan üç şəxslə Qori Təcridxanasında vəkil görüşdü

Dövlət Təhlükəsizliyi Xidmətinin qarşısında keçirilən etiraz aksiyasında saxlanılan Beso Qazdeliani, Davit Tkebuçava və İrakli Kvaratsxeliya Qori polisinin müvəqqəti saxlama təcridxanasındadırlar.

Hazırda vəkil saxlanılanların yanındadır. Hüquqmühafizəçi onların qanunsuz saxlanılıdığını deyir.

Lika Turaşvilinin sözlərinə görə, onun müştəriləri həbsə müqavimət göstərməyib.

“Dünən içəri daxil oldum və hər üç saxlanılan şəxsə baş çəkdim. Beso Qazdeliani, İrakli Kvaratsxeliya və Davit Tkebuçava iki maddə ilə ittiham olunurlar. Bunlar Baş İnzibati Xətalar Məcəlləsinin xuliqanlıq və itaətsizliyi nəzərdə tutan 166 və 173-cü maddələridir. Saxlanılanların mənə dediyi kimi, onlar tərəfindən heç bir müqavimət olmadı. Uzun müddət ərzində yaxınları onların hara yerləşdirildiklərini bilmirdilər.

Heç bir halda saxlanılma zamanı zorakılıq baş verməyib. Bu insanlar ədalətsizliyə etiraz edirlər. Hakimiyyətə demək istəyirəm ki, vəziyyəti gərginləşdirməsinlər. Biri həbs etmək əvəzinə on çıxacaq, on əvəzinə yüz çıxacaq və hamımız çətin və çıxmaz vəziyyətə düşəcəyik. Mən indi təfərrüatları dəqiqləşdirmək üçün daxil oluram, məhbuslarla görüşəcəm”, – deyə vəkil Lika Turaşvili bildirib.

İrakli Kvaratsxeliya, Davit Tkebuçava və Beso Qazdeliani xuliqanlıqda və polisə tabe olmamaqda ittiham olunurlar.