DTX tərəfindən yayılmış məlumatda Rusiya işğalçı qüvvələrinin nümayəndələrinin Erqneti kəndi yaxınlığında, işğal altındakı ərazidə Gürcüstan vətəndaşını qanunsuz olaraq saxladıqları deyilir
DTX tərəfindən yayılmış məlumatda Rusiya işğalçı qüvvələrinin nümayəndələrinin Erqneti kəndi yaxınlığında, işğal altındakı ərazidə Gürcüstan vətəndaşını qanunsuz olaraq saxladıqları deyilir

 
Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori Munisipalitetinin Erqneti kəndi yaxınlığında, işğal altındakı ərazidə Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

Verilmiş məlumatda sözügedən insidentlə bağlı məlumat daxil olduqdan dərhal sonra Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Avropa İttifaqının Monitorinq Missiyasının qaynar xəttinin aktivləşdirildiyi, beynəlxalq tərəfdaşlara və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə dərhal məlumat verildiyi deyilir.

“Qeyri-qanuni saxlanılan Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv əməllərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür”- deyə DTX-də açıqlayırlar.