DTX- Rusiya işğalçı qüvvələrinin nümayəndələri Koşki kəndi yaxınlığında işğal olunmuş ərazidə iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
DTX- Rusiya işğalçı qüvvələrinin nümayəndələri Koşki kəndi yaxınlığında işğal olunmuş ərazidə iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

 

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori Munisipalitetinin Koşki kəndi yaxınlığında işğal olunmuş ərazidə iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar-bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayır.

Dövlət Təhlükəsizliyi Xidməti bu barədə məlumat daxil olduqdan dərhal sonra qurumun Avropa İttifaqının Monitorinq Missiyasının qaynar xəttini aktivləşdirməsi barədə məlumat verir.

“Bununla yanaşı, beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri hadisə ilə bağlı dərhal məlumatlandırılıblar.

Qeyri-qanuni saxlanılan şəxslərin qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən destruktiv hərəkətlərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür” -deyə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd olunur.