DTX - Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Levan Petriaşvili azaddır və mərkəzi hökumətin nəzarətində olan ərazidədir
Qori bələdiyyəsinin Erqneti kəndi yaxınlığında rus işğalçı qüvvələri tərəfindən qanunsuz saxlanılan Levan Petriaşvili azaddır və mərkəzi hökumətin nəzarətində olan ərazidədir.
Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
“Levan Petriaşvilinin qanunsuz həbsdən azad edilməsi prosesində “qaynar xətt” mexanizmindən fəal şəkildə istifadə olunub. Onun qanunsuz həbsdən dərhal azad edilməsi məsələsi Gürcüstanın mərkəzi hökuməti tərəfindən İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizmi (IPRM) və Cenevrə beynəlxalq müzakirələri formatlarında mütəmadi olaraq qaldırılıb.
Gürcüstanın mərkəzi hökuməti daim beynəlxalq tərəfdaşlara məlumat verirdi. Mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz saxlanılan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işi davam etdirir.
İşğal olunmuş bölgələrdə və işğal xətti boyunca həyata keçirilən bütün dağıdıcı hərəkətlərə görə tam məsuliyyəti işğalçı qüvvə daşıyır” – Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd olunur.