DTX - Rusiya işğalçı qüvvələri işğal altında olan Balta kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb
DTX - Rusiya işğalçı qüvvələri işğal altında olan Balta kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb

Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altında olan Balta kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. Dövlət Təhlükəsizlik Xidməti qeyd olunanla bağlı məlumat yayır.

DTX-nin məlumatına görə, qanunsuz olaraq saxlanılan Gürcüstan vətəndaşının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizm işə salınıb.

“Hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt” aktivləşdirilib. Daha bir qanunsuz saxlama faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.

Qeyri-qanuni olaraq saxlanılan Gürcüstan vətəndaşının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizm işə salınıb.

“Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, – məlumatda qeyd olunub.