DTX- parlament binasında inkişaf edən hadisələrdən bu günədək qurumun heç bir əməkdaşının orada olmadığını tam məsuliyyətlə açıqlayırıq
DTX- parlament binasında inkişaf edən hadisələrdən bu günədək qurumun heç bir əməkdaşının orada olmadığını tam məsuliyyətlə açıqlayırıq

 

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən Gürcüstan parlamentində baş verən proseslərə paralel olaraq siyasi qruplar və bəzi KİV-lər tərəfindən guya parlament binasında təhlükəsizlik xidmətinin əməkdaşlarının olmasına dair “saxta xəbərlər” yayılır.

“Bəzi siyasətçilər isə guya parlamentdə gürcü xüsusi xidmət orqanları tərəfindən hansısa zorakılıq törədilməsinə dair məsuliyyətsiz bəyanatlar verir. Dövlət Təhlükəsizliyi Xidməti parlament binasında inkişaf edən hadisələrdən bu günədək qurumun heç bir əməkdaşının orada olmadığını tam məsuliyyətlə açıqlayır”- deyə Dövlət Təhlükəsizliyi Xidmətində qeyd edirlər.

Onların açıqlamasında siyasi qrupların verdiyi bəyanatların tam şəkildə ictimaiyyəti çaşdırmağa və gürcü xüsusi xidmət orqanlarını nüfuzdan salmağa xidmət etdiyi deyilir.

Dövlət Təhlükəsizliyi Xidməti “Parlamentin ərazisində olan KİV nümayəndələrini təsdiq olunmamış məlumat yaymaqdan çəkinməyə çağırır”.