DTX-nin məlumatına əsasən, Rusiya işğalçı qüvvələrinin nümayəndələri Axalubani kəndi yaxınlığında işğal olunmuş ərazidə Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori munisipalitetinin Axalubani kəndi yaxınlığında, işğal olunmuş ərazidə Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.
DTX-nin məlumatına əsasən, sözügedən hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt” işə salındı.
“Daha bir qanunsuz saxlanılma faktı ilə bağlı dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara məlumat verilir.
Qeyri-qanuni şəkildə saxlanılan Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət Rusiyanın işğalçı qüvvələrinin üzərinə düşür”, – agentliyin məlumatında qeyd olunub.