DTX-nin məlumatına əsasən, Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Dimitri Mamaqulaşvili sərbəst buraxılıb
DTX-nin məlumatına əsasən, Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Dimitri Mamaqulaşvili sərbəst buraxılıb

Rusiya işğalçı qüvvələri tərəfindən aprelin 17-də Kareli Munisipalitetinin Dvani kəndi yaxınlığında qanunsuz saxlanılan Dimitri Mamaqulaşvili azad edilib və mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir. Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Mamaqulaşvilinin dərhal azad edilməsi məqsədi ilə həm “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hakimiyyətin sərəncamında olan bütün digər vasitələrdən aktiv olaraq istifadə edilib.

Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün destruktiv əməllərə görə məsuliyyət işğalçı qüvvənin üzərinə düşür.

Mərkəzi hakimiyyət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün aktiv şəkildə işləməyə davam edir” – DTX məlumatında qeyd olunur.