DTX-nin əməkdaşları prokurorluqla birgə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz uran satışına cəhd faktı üzrə 1 nəfəri saxlayıblar
Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat şöbəsinin əməkdaşları Gürcüstan Prokurorluğu ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz radioaktiv maddələrin satışına cəhd faktı üzrə 1 nəfəri saxlayıblar.
Saxlanılan şəxs Poti şəhərində 2.000.000 ABŞ dolları qarşılığında radioaktiv materialı satmağı planlayırmış, bu zaman o tutulub.
“Radioloji ekspertizanın rəyinə əsasən, axtarış zamanı ələ keçirilən və ekspertizaya təqdim edilən kütlənin tərkibində uran radioaktiv maddəsi var və nüvə materialları kateqoriyasına aiddir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin radioaktiv maddələrin qanunsuz əldə edilməsini və 5 ildən 10 ilədək müddətə həbs cəzasını nəzərdə tutan 230-cu maddəsinin birinci hissəsi ilə aparılır.
İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat şöbəsi aparır”-deyə məlumatda deyilir.