DTX "Milli Hərəkat" tərəfindən Ukraynada mümkün təxribatların təşkilinə dair yayılan məlumatla bağlı istintaq başladıb
DTX "Milli Hərəkat" tərəfindən Ukraynada mümkün təxribatların təşkilinə dair yayılan məlumatla bağlı istintaq başladıb

 

Dövlət Təhlükəsizlik Xidməti “Milli Hərəkat” tərəfindən Ukraynada mümkün təxribatların təşkilinə dair yayılan məlumatla bağlı istintaq başladıb.

Gürcüstanın Birinci Kanalına Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata əsasən, istintaq dövlət siyasi vəzifəli şəxsə hücumu nəzərdə tutan 325-ci maddənin 1-ci hissəsi ilə başlayıb.

Onların verdiyi məlumata görə, məlumat qurum tərəfindən dərhal ukraynalı həmkarlara çatdırılacaq.

Gürcüstan parlamentinin vitse-spikeri Qia Volski bildirib ki, “Milli Hərəkat” müəyyən təxribatlar planlaşdırmaq üçün səfərbər olunub və məhz bu səbəbdən parlament nümayəndə heyətinin üzvləri ilə birgə Ukraynaya səfər etməkdən imtina edib.