DTX - Məlum oldu ki, Gürcüstan ərazisində olan xarici xüsusi xidmətlər, lobbist qruplarını və siyasi birləşmələri dəstəkləməyə çalışırlar
DTX - Məlum oldu ki, Gürcüstan ərazisində olan xarici xüsusi xidmətlər, lobbist qruplarını və siyasi birləşmələri dəstəkləməyə çalışırlar

Həyata keçirilən kontr-kəşfiyyat tədbirləri nəticəsində məlum oldu ki, Gürcüstan ərazisində olan xarici xüsusi xidmətlər, müxtəlif lobbist qruplarını və siyasi birləşmələri dəstəkləməyə və fondlar vasitəsi ilə, iqtisadi və energetik sahələrlə manipulyasiya etməyə çalışırlar.

Bu barədə məlumat Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən parlamentdə təqdim olunan 2017-ci ilin hesabatında verilir.

DTX-nin hesabatında deyilir ki, müəyyən xüsusi xidmətlər dezinformasiya yayaraq və müxtəlif mövzuları ortaya ataraq, ictimai fikirə təsir göstərməyə çalışırlar.

“Gürcüstanda və xarici ölkələrdə, ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünə əl qoyulması haqqında propaqanda keçirilər.

Təhlükələri nəzərə alaraq, Gürcüstanda qüvvədə olan və fəaliyyətləri sənaye və hərbi sahə ilə əlaqədar olan elmi-tədqiqat institutlarının və ayrı təşkilatların operativ nəzarəti həyata keçirilir” – deyilir DTX-nin bəyanatında.