DTX - işğalçı qüvvələrin nümayəndələri işğal olunmuş ərazilərdə, Mecvrisxevi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
İşğalçı qüvvələrin nümayəndələri Gürcüstan vətəndaşını Qori Munisipalitetinin işğal altındakı Mecvrisxevi kəndi yaxınlığında qanunsuz olaraq saxlayıblar.
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyasının qaynar xəttini aktivləşdirib.
Beynəlxalq tərəfdaşlar və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri Gürcüstan vətəndaşının işğal olunmuş ərazilərdə qanunsuz olaraq saxlanılması barədə dərhal məlumatlandırılıblar.
Qeyri-qanuni saxlanılmış Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.
“Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün destruktiv əməllərə görə məsuliyyət işğalçı qüvvələrin üzərinə düşür” – DTX-nin məlumatında qeyd olunur.