DTX- işğal altındakı Sxinvalidə qanunsuz şəkildə saxlanılmış Mamuka Çxikvadze 5 il 6 ay müddətinə qanunsuz həbsə məhkum edilib
İşğal altındakı Sxinvalidə qanunsuz şəkildə saxlanılmış Mamuka Çxikvadze barəsində 5 il 6 ay müddətinə qanunsuz həbs cəzası verilib-bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayır.
Onların verdiyi görə, qanunsuz qərardan əvvəl Mamuka Çxikvadze Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz saxlanılıb və ona qarşı uydurma ittihamlar irəli sürülüb.
“Mamuka Çxikvadzenin qanunsuz həbsə məhkum edilməsi işğalın qeyri-insani və cinayət xarakterini bir daha göstərmiş oldu, işğal olunmuş ərazilərə nəzarəti həyata keçirən qüvvə kimi Rusiya Federasiyası buna görə tam məsuliyyət daşıyır.
Mamuka Çxikvadzenin qanunsuz şəkildə həbs edilməsinin ilk günündən mütəmadi olaraq “qaynar xətt” işə salınır və onun qeyd-şərtsiz azadlığa buraxılması məsələsi İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizminin görüşlərində fəal şəkildə müzakirə olunur. Mərkəzi hökumət Mamuka Çxikvadze və digər qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının tezliklə azad edilməsi üçün əlində olan bütün mexanizm və rıçaqlardan istifadə edir. İşğalçı qüvvələrin qeyri-qanuni hərəkətləri, o cümlədən qanunsuz saxlanılmalar məsələsi beynəlxalq tərəfdaşlarla kommunikasiya zamanı gündəliyin mühüm tərkib hissəsidir və bütün beynəlxalq formatlarda kəskin şəkildə müzakirə olunur” – deyə DTX-nin bəyanatında deyilir.