DTX - dünən yayılan səs yazılar vətəndaşların bilərəkdən və ya qeyri-ixtiyari cinayət əməlində iştirak etməmələri üçün konkret qrupun real məqsədləri barədə əhalini məlumatlandırmaq məqsədinə xidmət edirdi
DTX - dünən yayılan səs yazılar vətəndaşların bilərəkdən və ya qeyri-ixtiyari cinayət əməlində iştirak etməmələri üçün konkret qrupun real məqsədləri barədə əhalini məlumatlandırmaq məqsədinə xidmət edirdi

 

Dövlət Təhlükəsizlik Xidməti hakimiyyət çevrilişi üçün konspirasiya hazırlaması faktına dair aparılan istintaqla bağlı məlumat yayır.

Qurumdan da qeyd olunduğu üzrə, məsələ ilə bağlı istintaqın başladılmasına müəyyən şəxslər qrupunun hakimiyyəti devirmək üçün konspirasiya hazırlamasına dair məlumat alınması zəmin yaradıb.

“Dünən verilən açıqlama ilə bağlı bir daha ictimaiyyətə məlumat vermək istəyirik.

Bildiyiniz kimi, Dövlət Təhlükəsizlik Xidmətində, hakimiyyət çevrilişi üçün konspirasiya hazırlaması faktına dair, Cinayət Məcəlləsinin 315-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır.

Məsələ ilə bağlı istintaqın başladılmasına müəyyən şəxslər qrupunun hökuməti devirmək üçün konspirasiya hazırlamasına dair məlumat alınması zəmin yaradıb.İstintaq çərçivəsində dərhal müvafiq ölçülər götürülüb və ötən gün açıqlanması məqsədəuyğun hesab edilən məhkəmənin hökmü əsasında aparılan gizli istintaq hərəkətləri nəticəsində əldə edilmiş sübutların yalnız bir hissəsi ictimaiyyətin diqqətinə çatdırılıb” – deyə qurumdan bildirilib.

DTX-dən verilən məlumata görə, istintaqın başladılmasının və aparılmasının legitim hədəfi onun həyata keçirilməsində iştirak edən şəxslərin aşkar edilməsi, qarşısının alınması və qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsinə xidmət edir.

“Bəhsi keçən məqsədə nail olmaq üçün istintaq orqanında hər dəqiqə istintaq və ya prosessual hərəkətlər həyata keçirilir. Dünən yayılan səs yazıda ayrı-ayrı şəxslərin destruktiv qüvvələrin səfərbər edilməsi, yolların avtomobillərlə kəsilməsi, dövlət qurumlarının bloklanması və basqın edilməsi barədə necə danışması, üstəlik, qan tökülmədən istənilən nəticənin əldə edilməsinin mümkünsüz olduğu barədə necə danışmaları aydın şəkildə görünüb. Məhz buna görə də biz hakimin hökmü əsasında əldə edilmiş sübutları ictimaiyyətə təqdim etdik ki, bu da həm qabaqlayıcı tədbirlərin görülməsinə, həm də konkret qrupun real məqsədləri barədə əhalini məlumatlandırmaq məqsədi daşıyırdı ki, vətəndaşlar bilərəkdən və ya qeyri-ixtiyari şəkildə cinayət əməllərində iştirak etməsinlər. Bu cinayətdir və Gürcüstan Konstitusiyası ilə müəyyən edilmiş hüquqi nizama qarşı yönəlib.

Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 315-ci maddəsinin birinci hissəsi ilə
intensiv şəkildə istintaq aparılır”, – deyə DTX-nin bəyanatında deyilir.

Dövlət Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizliyi Şöbəsi hökuməti devirmək üçün konspirasiya hazırlamasına dair istintaq aparır. Eyni zamanda, brifinqdə səs yazısının bir hissəsi ictimailəşdirilib, DTX-nin məlumatına görə, bu, hakimin qərarı əsasında yazılıb.