"Droa" partiyasının təşkilatçılığı ilə, Tbilisi Beynəlxalq Aeroportuna doğru etiraz yürüşü keçirilir
“Droa” partiyasının təşkilatçılığı ilə, Tbilisi Beynəlxalq Aeroportuna doğru etiraz yürüşü keçirilir. Vətəndaşlar rus aviaşirkətinin enməsinə etiraz edirlər.
Yürüşün iştirakçılarının dediyinə görə, Gürcüstan rus təyyarələrinin enməsi gürcü xalqının iradəsi deyil.
“Bu gün bütün dünyanın Rusiyadan təcrid olunduğu, uzaqlaşdığı bir vaxtda, terror dövləti Rusiya ilə birbaşa uçuşların bərpası, əxlaqsızlıqdır. Eləcə də bu, suverenliyimizə birbaşa zərbədir. Özümüzü borclu hesab edirik ki, ilk reysi etirazla qarşılayaq, Rusiyaya, Ukraynaya, partnyorlarımıza etiraz səsimizi duyduraq ki, bilsinlər, bu, bizim üçün adi hal deyil”, – Elene Xoştariya bəyan etdi.