Drezdendə Gürcüstan vətəndaşlarının həbs edilməsi üçün xüsusi əməliyyat keçirildi
Almaniyanın Drezden şəhərində Gürcüstanın 15 vətəndaşını həbs etmək məqsədi ilə, xüsusi əməliyyat keçirildi.
Xüsusi əməliyyat nəticəsində yeddi hüquq mühafizəçi yaralandı.
Almaniyanın Die Welt-nəşriyyatının məlumatına görə, qeyd olunan şəxslərlə polis, onların tramvayda kobud davrandıqları və 63 yaşlı bir kişiyi dövdükləri haqqında mesaj aldıqdan sonra maraqlandı.
Hadisə yerinə gedən polis onlardan şəxsiyyət vəsiqələrini istədi, ancaq müqavimətlə qarşılaşdı. Vəziyyət o qədər çətinləşdi ki, hüquqmühafizəçilər göz yaşardıcı qazdan istifadə etmək zorunda qaldılar.
Xüsusi əməliyyat nəticəsində səkkiz gürcü həbs edildi.
Digərləri haqqında məlumat hələ yayılmır.