Dövriyyəsi ciddi şəkildə məhdudlaşdırılan narkotik vasitələrin siyahısına 8 yeni maddə əlavə edilib
Dövriyyəsi ciddi şəkildə məhdudlaşdırılan narkotik vasitələrin siyahısına 8 yeni maddə əlavə edilib

Parlament üçüncü oxunuşda 77 səslə “Narkotik vasitələr, psixotrop maddələr, öncül və narkoloji yardım haqqında” qanuna ediləcək dəyişikliyi  qəbul edib.

Qanun layihəsi ilə dövriyyəsi ciddi şəkildə məhdudlaşdırılan narkotik vasitələri siyahısına səkkiz yeni maddə əlavə edir: 3-metoksifensiklidin, diklazepam, difenidin, izotonitazen, klonazolam, kumil-peqaklon, mdmb-4en-pinaka və flubromazolam.

Onların istənilən miqdarda qanunsuz dövriyyəsi qanunun müvafiq maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olacaq.